“Mançester Siti”nin gənc futbolçusu Rahim Sterlinq zədələnib. Apasport.az saytının məlumatına görə, o, İngiltərə Premyer Liqasının 31-ci turunda baştutan Mançester derbisində xəsarət alıb.
Yarımmüdafiəçi qasıq nahiyəsindən aldığı zədəyə görə, təsminən 6-8 həftə “dincəlməli” olacaq. Belə olan halda onun PSJ ilə Çempionlar Liqasının 1/4 final matçlarını buraxacağı dəqiqləşib.
Əgər hər şey planauyğun getsə, onun AVRO-2016-ya qədər forma yığmaq üçün sadəcə bir ay vaxtıqalmış olacaq.
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 28 oyunda meydana çıxıb, 6 qola imza atıb və 2 dəfə məhsuldar ötürmə ilə yadda qalıb.