Daha bir ulduz karyerasını bitirdi
14.06.2016 - 00:34
Norveç millisinin sabiq futbolçusu Yon-Arne Riise karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, bu barədə oyunçu özü açıqlama verib.
Son olaraq ölkəsinin "Olesun" klubunda çıxış edən Riise hazırda davam edən Norveç çempionatında mövsümün sonunu gözləmədən klubla olan müqaviləsini ləğv edib.
Qeyd edək ki, əsasən "Liverpul"dakı karyerası ilə məşhurlaşan Riise "Monako", "Roma", "Fulhem" və APOEL kimi klublarda çıxış edib. O, Norveç millisinin heyətində 110 oyun keçirib və 16 qol vurub.
0
0