Dani Alveş “Barselona”nın qarşısında şərt irəli sürdü
06.02.2015 - 17:20
Dani Alveş “Barselona”nın qarşısında şərt irəli sürdü

“Barselona” rəhbərliyi komandanın aparıcı oyunçularından olan Dani Alveşin müqaviləsinin müddətini uzatmaq niyyətindədi. Apasport.az saytının məlumatına görə, braziliyalı müdafiəçinin özü də Kataloniya klubunda qalmağa razıdı.

 

Bununla belə, Alveş rəhbərliyin qarşısında şərt irəli sürüb. Əgər “Barselona” onu saxlamaq istəyirsə, 3 illik müqavilə təklif etməlidi. Hələ ki, rəhbərlik onun bu təklifinə cavab verməyib. Kataloniyalılar Alveşin sözləşməsinin müddətini çox uzatmaq haqda düşünmür.

 

Qeyd edək ki, 2008-ci ildən “Barselona”nın formasını geyinən Alveş hazırkı komandasının heyətində 321 oyunda 20 qola imza atıb.