Dani Alveş “Yuventus”la anlaşdı
31.05.2016 - 11:14
Dani Alveş “Yuventus”la anlaşdı

“Barselona” Dani Alveşlə yollarını ayırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı müdafiəçinin yeni komandası da artıq məlum olub.

 

33 yaşlı futbolçu gələn mövsümdən karyerasını “Yuventus”da davam etdirəcək. Tərəflər arasında artıq hərtərəfli anlaşma əldə edilib. Razılığa görə, sağ cinah müdafiəçisi turinlilərlə 2+1 illik müqaviləyə qol çəkəcək. Onun yeni klubunda illik məvacibi isə 3,5 milyon avro təşkil edəcək.

 

Dani Alveşin model olan həyat yoldaşı da artıq İtaliyada bir şirkətlə müqavilə imzalayıb. Futbolçunun keçidi isə bu həftə rəsmiləşəcək.

 

Qeyd edək ki, 2008-ci ildən "Barselona"da çıxış edən Dani Alveş bu klubun forması altında 391 oyun keçirib, 21 qola imza atıb.