Derbi öncəsi “Fənərbaxça”ya pis xəbər
11.11.2016 - 20:49
Türkiyə Superliqasının XI turunda baş tutacaq "Fənərbaxça" - “Qalatasaray” oyununa meydan sahibləri ciddi itki ilə çıxacaqlar. Apasport.az saytının məlumatına görə, komandanın aparıcı futbolçularından olan Cermen Lens zədə səbəbindən derbini buraxmalı olacaq.
Bu barədə Hollandiya millisinin üzvü öz “instagram” hesabında yazıb. O bildirib ki, bir neçə həftə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, "Fənərbaxça" - "Qalatasaray" oyunu noyabrın 20-i keçiriləcək.
0
0