Dieqo Simeone “Atletiko”dan gedir?
16.09.2016 - 22:06
Dieqo Simeone “Atletiko”dan gedir?

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone haqqında gəzən iddiaları təsdiqləyib. Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis bildirib ki, həqiqətən də klubla arasındakı olan müqavilənin müddətini 2020-ci ildən 2018-ci ilə dəyişiblər.

 

Bununla bağlı açıqlama verən mütəxəssis bildirib ki, anlaşmanın bitmə tarixi qabağa çəkilsə də, əməkdaşlıqla bağlı problem yoxdur.

 

2010/11 mövsmünün yarısından etibarən “hindular”a başçılıq edən Simeone geridə qalan 5 mövsümdə hərəsindən bir dəfə La Liqa (2014), Kral Kuboku (2013), İspaniya Super Kuboku (2014), Avropa Liqası (2012) və UEFA Super kubokunu (2012) qazanıb. O, madridliləri iki dəfə də Çempionlar Liqasında finala çıxarıb (2014 və 2016).

0