Dünya çempionu “Lids”i çalışdıra bilər
24.03.2016 - 00:15
Dünya çempionu “Lids”i çalışdıra bilər

Keçmiş italiyalı futbolçu Fabio Kannavaro “Lids”i çalışdıra bilər. Apasport.az saytının məlumatına görə, bu barədə “Daily Mail” nəşri xəbər yayıb.

 

İngiltərə ikinci divizionu “Çempionşip”də çıxış edən “Lids”in prezidenti Massimo Çellino komandanın bu mövsümkü çıxışlarından razı deyil. İtaliyalı rəhbər kluba 2006-cı il dünya çempionatının qalibi, həmyerlisi Kannavaronu gətirərək, çətin vəziyyətdən çıxmağı planlaşdırır.

 

Qeyd edək ki, Kannavaro daha əvvəl BƏƏ-nin “Əl-Əhli”, Çinin “Quancjou Erevqrand” və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klublarını çalışdırıb.