Bu gün Meksikanın paytaxtı Mexikoda FİFA-nın 66-cı konqresi baş tutub. Apasport.az saytının məlumatına görə, tədbirdə Kosova və Cəbəllütariqin ali futbol qurumuna qəbulu ilə bağlı səsvermə keçirilib.
Yekun rəyə əsasən, hər iki ölkə dünya futbol ailəsinə qəbul edilib. Kosova FİFA-nn 210-cu, Cəbəllütariq isə 211-ci üzvü olub.
Səsvermənin nəticələrinə əsasən, 141 federasiya Kosovanın FİFA üzvü seçilməsinin lehinə, 23 federasiya isə əleyhinə səs verib.
Cəbəllütariqin FİFA üzvü seçilməsinə isə 172 ölkə razılıq verib. Cəmi 12 federasiya bu ölkənin üzvlüyünün əleyhinə çıxıb.
Beləliklə, həm Cəbəllütariq, həm də Kosova milli komandaları DÇ-2018-in seçmə mərhələsində iştirak etmək hüququ əldə edib.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi