Braziliya futbolunun canlı əfsanəsi Pelenin oğlu Edinyo həbs olunub. Apasport.az saytının məlumatına görə, o, ağır cəzaya məruz qalıb.
Belə ki, yerli məhkəmə orqanları Edinonun narkotik maddə qaçaqçılığı və çirkli pulların “yuyulması” ilə məşğul olması səbəbindən onu 33 il həbsə məhkum edib.
Lakin daha sonra bu cəza 12 ilə endirilib. Pele isə hadisə ilə bağlı heç bir şərh verməyib.
Qeyd edək ki, Edino futbolçu karyerasının bitirdikdən sonra atasının keçmiş klubu "Santos"da qapıçı məşqçiliyi və köməkçi məşqçi kimi çalışıb. O, 2005-ci ildə ilk dəfə həbs ediləndə narkotik maddə aludəçisi olduğunu etiraf etmiş, ancaq satışı ilə məşğul olmadığını bildirmişdi.