Azərbaycan Premyer Liqasında XX turun oyunları üçün bütün təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “İnter” arasında mərkəzi oyun Elvin Əsgərova tapşırılıb.
FİFA hakimləri Ömər Paşayevlə Əliyar Ağayev isə digər matçlarda iş başında olacaq. Rəhim Həsənov isə bu dəfə də təyinat almayıb.
Qeyd edək ki, Ağayev bu turda iki matça çıxacaq. O, öncə dördüncü, ertəsi gün baş hakim olacaq.
Azərbaycan Premyer Liqası
XX tur
7 fevral (bazar ertəsi)
15:30. AZAL – “Neftçi”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
AZAL Arena
18:00. “Zirə” – “Sumqayıt”
Hakimlər: Fariz Yusifov, İsgəndər Əliyev, Vüsal Qənbərov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Xaqani Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 18:00
28 fevral (çərşənbə axşamı)
15:00. “Kəpəz” – “Qəbələ”
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
18:00. “Qarabağ” – “İnter”
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Azərsun Arena”