Ən yaxşı və uğursuz transfer açıqlandı
08.02.2017 - 13:00
Ən yaxşı və uğursuz transfer açıqlandı

İngiltərənin “Tottenhem” klubunun tarixinin ən yaxşı və ən pis transferləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ən yaxşı adına uelsli Qaret Beyl layiq görülüb.

 

2007-ci ildə “Sauthempton”dan 10 milyon funt sterlinqə transfer olunan futbolçu 6 ildən sonra 8,5 qat qiymətə satılıb. Uelsli “Real”a 85 milyon funta keçib.

 

Ən uğursuz transfer isə ukraynalı Sergey Rebrovdu. 2000-ci ildə klub üçün rekord məbləğə - 11 milyon funta Kiyev “Dinamo”sundan alınan legioner komandanı azad agent kimi tərk edib.