Ən yaxşı yerli bombardir kimdi?
21.05.2016 - 11:32
Ən yaxşı yerli bombardir kimdi?

Topaz Premyer Liqasında 2015/16 mövsümünün bombardirlər siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, 7 və daha çox qol vuranların cədvəlində 12 futbolçu yer alıb.

 

“Qarabağ”ın ispaniyalı legioneri Dani Kintananın 15 qolla başçılıq etdiyi siyahının ilk “üçlüy”ündə yalnız legionerlər qərarlaşıb. Salvadorlu Nelson Bonilla (“Zirə”) 14 qolla 2-ci, milliləşən rusiyalı Ruslan Qurbanov (“Neftçi”) 13 qolla 3-cü olub.

 

Ən məhsuldar yerli futbolçu Amil Yunanovdu. “Sumqayıt”ın bombardiri 12 dəfə fərqlənib.

 

7 və daha çox qol vuranların siyahısında  “Qarabağ”ın 4, “Qəbələ”nin 3 futbolçusu yer alıb. Digər 5 klub isə 1 qolçu ilə təmsil olunub. “İnter”, “Xəzər Lənkəran” və “Rəvan”ın ən yaxşı bombardirləri isə daha az qol vurub.

 

Ən azı 7 qol vuranlar

1. Dani Kintana (“Qarabağ”) - 15

2. Nelson Bonilla (“Zirə”) – 14

3. Ruslan Qurbanov (“Neftçi”) – 13

4. Amil Yunanov (“Sumqayıt”) – 12

5. Aleksey Qay (“Qəbələ”) – 10

6-7. Riçard Almeyda (“Qarabağ”) – 9

Jülien Ebah (“Kəpəz”) - 9

8-12. Mahir Mədətov (“Qarabağ”) – 7

Samuel Armenteros (“Qarabağ”) – 7

Nuqzar Kvirtiya (AZAL) – 7

Ermin Zets (“Qəbələ”) – 7

Aleksey Antonov (“Qəbələ”) - 7