Sabah Topaz Premyer Liqasının XXIV turuna start veriləcək. Apasport.az saytının məlumatına görə, iki gün davam edəcək turun 4 qarşılaşması sabah, son matçı isə martın 6-da baş tutacaq.
Tura Lənkəranda start veriləcək. 12 oyundu qol və qələbə həsrətində olan “Xəzər Lənkəran” AZAL-la matçda uğursuz seriyalara son qoymaq əzmindədi. Kubokun “Neftçi” ilə qarşılaşmasındakı qələbədən ruhlanan Elbrus Məmmədovun gənclərdən təşkil olunan komandası azarkeşləri önündə növbəti qələbəyə iddialıdı. “Neftçi”ni keçmək imkanı olan “təyyarəçilər” bu imkandan yararlanıb, 1 pillə irəliləmək şansını qaçırmaq istəmir.
Premyer Liqanın ortababına çevrilən “Neftçi” isə “Qəbələ” ilə çətin sınağa çıxacaq. Kuboku da nəzərə alsaq, 3 oyundu uduzan “ağ-qaralar” qara zolaqdan çıxmasa, uğursuzluqlar istefa sədaları ilə müşayiət oluna bilər. Ardıcıl iki dəfə 3 qol buraxıb, azarkeşlərini məyus edən Əsgər Abdullayevin yetirmələri iddialı rəqibi büdrətməklə mövqeyini də yaxşılaşdıra bilər. Son 4 turda qol buraxmayan “Qəbələ” isə hesabına 3 xal əlavə etməklə, mükafatlar uğrunda mübarizədə vacib qələbə qazanmaq niyyətindədi.
2 gün öncə kubok matçlarında uduzan “Sumqayıt”la “İnter” “Gənclik şəhəri”ndə üz-üzə gələcək. Çempionatdakı son 3 qarşılaşmada uduzmayan “bankirlər” cari mövsüm məğlub edə bilmədiyi rəqibi itkisiz keçməlidi. Çünki məğlubiyyət mövqe dəyişikliyinə səbəb ola bilər. Samir Abasovun yetirmələri isə məğlubiyyətsiz oyunlarını 3-ə çatdırmaq əzmindədi.
İlk oyun günü liderlərin dueli ilə əlamətdar olacaq. 2016-cı ildə keçirdiyi bütün çempionat oyunlarında qalib gələn “Zirə” 4 turdu uduzmayan “Qarabağ”ın qonağı olacaq. Adil Şükürovun yetirmələri çempionla qarşılaşmalardakı ilk qələbəsini qazana bilsə, liderlə xal fərqini minimuma endirəcək. Ağdamlılar isə son turlar azalan xal fərqini artırmaq üçün ilk dövrədə böyük hesabla məğlub etdiyi rəqibə xal verməməlidi. Bu matç təkcə turnir cədvəlinin ilk iki pilləsində qərarlaşanların deyil, həm də ən yaxşı bombardirlərin dueli olacaq. Hərəyə 8 qol vuran Riçard Almeyda ilə Nelson Bonilla rəqiblərini məyus etməyə çalışacaq. Çempion kubokla birlikdə son 5 oyunda qol sevinci yaşayan salvadorlunu zərərsizləşdirməyin yollarını axtarmalı olacaq.
Həftənin son matçı “Bayıl Arena”da baş tutacaq. 3 turdu xala, 10 turdu qələbəyə həsrət qalan “Rəvan” “Kəpəz”i qəbul edəcək. 3 oyundu qalib gəlməyən qonaqlar itirməkdə olduğu mövqeyini qaytarmaq üçün qalib gəlməlidi. Autsayder isə xal hesabını artırmaq üçün doğma azarkeşlərini sevindirməlidi.
XXIV tur
5 mart (şənbə)
14:00. “Xəzər Lənkəran” – AZAL
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov
İlk 2 dövrədəki oyunlar: 3:1, 0:1
“Xəzər Lənkəran” mərkəzi stadionu
15:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov
İlk 2 dövrədəki oyunlar: 0:1, 1:0
8-ci km qəsəbə stadionu
17:00. “Sumqayıt” – “İnter”
Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə
İlk 2 dövrədəki oyunlar: 1:1, 3:2
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Qarabağ” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov
İlk 2 dövrədəki oyunlar: 4:1, 0:0
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu
6 mart (bazar)
16:00. “Rəvan” – “Kəpəz”
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov
İlk 2 dövrədəki oyunlar: 0:2, 0:0
“Bayıl Arena”
|
N |
Klublar |
O |
Q |
H |
M |
T-F |
X |
|
1 |
Qarabağ |
23 |
14 |
6 |
3 |
36-15 |
48 |
|
2 |
Zirə |
23 |
12 |
8 |
3 |
27-15 |
44 |
|
3 |
Qəbələ |
23 |
10 |
8 |
5 |
27-16 |
38 |
|
4 |
İnter |
23 |
9 |
8 |
6 |
21-16 |
35 |
|
5 |
Kəpəz |
23 |
8 |
9 |
6 |
25-20 |
33 |
|
6 |
Neftçi |
23 |
8 |
7 |
8 |
22-24 |
31 |
|
7 |
AZAL |
23 |
8 |
5 |
10 |
13-21 |
29 |
|
8 |
Sumqayıt |
23 |
4 |
10 |
9 |
25-32 |
22 |
|
9 |
Xəzər L |
23 |
3 |
5 |
15 |
10-30 |
14 |
|
10 |
Rəvan |
23 |
2 |
8 |
13 |
14-31 |
8 |
* "Rəvan"ın hesabından 6 xal silinib
Bombardirlər: Riçard Almeyda (“Qarabağ”), Nelson Bonilla (“Zirə”) - 8