Əvəzolunmazların sayı 4-ə endi
27.02.2016 - 14:51
Əvəzolunmazların sayı 4-ə endi

Topaz Premyer Liqasının arxada qalan 22 turunu əvəzolunmadan meydanda keçirən 5 futbolçudan birinin seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, cari çempionatda 1980 dəqiqə forma geyinən Tural Hümbətov cəza üzündən “Rəvan”la matçda AZAL-a kömək edə bilməyəcək.

 

Onun komanda yoldaşı Stanislav Namaşko isə yenə ilk “11-lik”də yer alıb. Digər 3 futbolçu isə davam etməkdə olan “Kəpəz” – “Sumqayıt” qarşılaşmasına start heyətində çıxıb. Tadas Simaitis, Tural Axundov, Şəhriyar Rəhimov 23-cü dəfə buna nail olublar.