Əvvəl paytaxtda, sonra əyalətdə
10.03.2015 - 10:00
Əvvəl paytaxtda, sonra əyalətdə

Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 13-də baş tutacaq qarşılaşmaların ikisi 15:00, ikisi 17:00-da başlayacaq.

 

Paytaxtda baş tutacaq görüşlər daha tez start götürəcək. Bu üzdən də ilk yarımfinalçılar Bakıda müəyyənləşəcək. Ardınca isə əyalətdəki oyunlar keçiriləcək.

 

Azərbaycan kuboku

Cavab oyunları

13 mart (cümə)

15:00. AZAL – “Neftçi”
AZAL Arena

15:00. “Bakı” – “Qarabağ”
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

17:00. “Xəzər Lənkəran” – “İnter” 
“Xəzər Lənkəran” mərkəzi stadionu


17:00. “Simurq” – “Qəbələ”
Zaqatala şəhər stadionu