Kolumbiya yığmasının hücumçusu Radamel Falkaonun karyerasını Türkiyədə davam etdirmək ehtimalı artıb. Apasport.az saytı “Hürriyyət”ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu ilə “Beşiktaş”dan əlavə, “Qalatasaray”ın da maraqlandığı üzə çıxıb.
Özü də “cim-bom” Falkao ilə danışıqlara “qara qartal”dan öncə başlayıb. “Çelsi”də icarə əsasında çıxış edən, transfer hüququ isə “Monako”ya məxsus Radamelin məvacibinin yüksək olması diqqət çəkir. Belə ki, onu almaq istəyən klub Falkaoya illik 4,5 milyon avro maaş verməlidi.
UEFA-nın tətbiq etdiyi cəzadan sonra büdcəsi azaldılan “Qalatasaray”ın prezidenti Dursun Özbək bu səbəbdən qəti qərar verməyib. Bundan isə “Beşiktaş” istifadə etməyə çalışır.
Maraqlıdı ki, Mario Qomes də ilk olaraq, “Qalatasaray”a təklif edilmişdi. Uzun sürən danışıqlar fayda verməyincə, almaniyalı hücumçunu “Beşiktaş” heyətinə qatmışdı.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi