Federasiya prezidenti əməliyyat olunacaq
27.02.2016 - 14:07
Federasiya prezidenti əməliyyat olunacaq

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Yıldırım Dəmirörənin səhhətində problem yaranıb. Apasport.az saytının məlumatına görə, 52 yaşlı futbol funksioneri xəstəxanaya yerləşdirilib.

 

Buna onun bel nahiyəsindəki ağrılar səbəb olub. Bu üzdən TFF başçısı Fulya Acıbadem Xəstəxanasında əməliyyat olunacaq.

 

Belə ki, neçə vaxtdır fəqərə arası yırtığından əziyyət çəkən Dəmirörənin ağrıları son vaxtlar xeyli artıb. Bu üzdən planlı şəkildə əməliyyat olunmaq zərurəti yaranan qurum prezidenti xəstəxanaya müraciət edib. Onun əməliyyatının təxminən iki saat davam edəcəyi gözlənilir.

 

Qeyd edək ki, Dəmirörən 2012-ci ildən TFF-ın prezidentidir.