Dünya futbolunda qeyri-adi qayda pozuntusu qeydə alınıb. Apasport.az saytının məlumatına görə, cadu ilə bağlı cəza tətbiq olunacaq.
Belə analoqu olmayan qərar Ruanda da verilib. Ölkənin futbol federasiyası oyunlar zamanı cadugərlərin köməyindən yararlananlar üçün cərimələrin məbləğini açıqlayıb.
Bu işlə məşğul olan futbolçu 115, məşqçi 232, komanda isə 580 avro cərimə ödəyəcək. Qurum belə şeylərə inanmadığını, lakin cadularla bağlı söz söhbətin yaratdığı mənfi ab-havanı təmizləmək istəyini açıqlayıb.
Qeyd edək ki, bu yaxınlarda Ruandanın “Mukura Viktori” və “Reyon Spor” klublarının matçı zamanı qonaqların hücumçusu rəqib qapısının önündə nəsə basdırıb, ardınca isə qol vurub.