[b]FİFA prezidenti “Qarabağ”ı təbrik etdi[/b]
03.06.2014 - 10:26
FİFA başçısı Yozef Blatter AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri dünya futbol ictimaiyyəti adından “Qarabağ” klubunu Topaz Premyer Liqasının 2013/2014-cü il mövsümünün qalibi olması münasibətilə təbrik edib.
Həmçinin, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatmasını uğur kimi qiymətləndirən Blatter komandamıza daha böyük uğurlar arzulayıb.
Mənbə: affa.az
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0