FİFA təzələrə yerini göstərdi
09.06.2016 - 23:10
FİFA təzələrə yerini göstərdi

FİFA bu yaxınlarda quruma üzv qəbul etdiyi Kosova və Cəbəllütariqin Rusiyada keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərarını verib. Apasport.az–ın qurumun saytına istinadən məlumatına görə, sözügedən milli komandaların DÇ-2018-in seçmə mərhələsində oynaması qəbul edilib.

 

Qərara əsasən, Kosova Xorvatiya, İslandiya, Ukrayna,Türkiyə və Finlandiyanın olduğu İ qrupunda mübarizə aparacaq.

 

Cəbəllütariq isə H qrupunda Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya və Kiprə rəqib olacaq.