Fransa çempionu olmuş klub satışa çıxarıldı
24.12.2016 - 19:11
Fransa çempionu olmuş klub satışa çıxarıldı

Fransanın “Lill” klubu sahibini dəyişə bilər. Apasport.az saytının məlumatına görə, “itlər”i biznesmen Jerar Lopes almaq istəyir.

 

Bu barədə klubdan açıqlama verilib. Əlavə edək ki, Lopes əvvəllər Formula 1-də iştirak edən “Lotus” klubunun sahibi olub.

 

Bildirilib ki, artıq tərəflər arasında ilkin saziş imzalanıb. Danışıqların 2017-ci il yanvarın 20-nə qədər yekunlaşacağı və rəsmi müqavilənin bağlanacağı gözlənilir.

 

Qeyd edək ki, “Qəbələ”nin bu mövsüm Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı komanda 3 dəfə Fransa Liqa 1-də çempionluq yaşayıb.