Fransa klubundan əzmkar qələbə
18.08.2016 - 09:02
Fransa klubundan əzmkar qələbə

Avropa Liqasında pley-off mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyunlar çərçivəsində 1 qarşılama baş tutub.

 

Günün yeganə matçı İsraildə keçirilib. Yerli “Beytar” Fransanın “Sent-Etyenn” klubunu qəbul edib. Meydan sahiblərinin hesabı açdığı matçda qonaqlar əzmkar qələbə qazanıb. Belə ki, artıq ilk yarıda hesabı bərabərləşdirən Fransa təmsilçisi israillilərin avtoqolu ilə önə də keçib - 2:1.

 

Avropa Liqası

Pley-off mərhələsi, ilk oyun

17 avqust

“Beytar” (İsrail) – “Sent-Etyenn” (Fransa) – 1:2

Verad, 8 – Lemuan, 15, Rueda, 30-öz qapısına