Fransa qalib gəldi, Braziliya Uruqvayla bacarmadı
26.03.2016 - 10:53
Fransa qalib gəldi, Braziliya Uruqvayla bacarmadı

Dünən milli komandaların iştirakı ilə seçmə və yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Avropanın böyük maraqla gözlədiyi oyunda Hollandiya və Fransa üz-üzə gəlib.

 

Qitənin iddialı komandalarının qarşılaşmasında 5 qol vurulub. Fransa 2 qol vursa da, meydan sahibləri hesabda tarazlıq yarada bilib. Lakin sonda qonaqlar qələbə qolunu vura bilib. Portuqaliya isə gözlənilmədən Bolqarıstana uduzub – 0:1.

 

Okeanın o tayında isə DÇ-2018-in seçmə oyunları keçirilib. Vaxtilə dünya çempionu olmuş iki komanda – Braziliya və Uruqvayın görüşündə qalib müəyyənləşməyib – 2:2.

 

Yoxlama oyunları

Hollandiya – Fransa – 2:3

Portuqaliya – Bolqarıstan – 0:1

Lüksemburq – Bosniya və Herseqovina – 0:3

Qabon – Syerra-Leone – 2:1

İrlandiya – İsveçrə - 1:0

Ermənistan – Belarus – 0:0

Slovakiya – Latviya – 0:0

DÇ-2018-in seçmə mərhələsi

Braziliya – Uruqvay – 2:2

Peru – Venesuela – 2:2

Salvador – Honduras – 2:2

Kanada – Meksika – 0:3