Fransadan çətin qələbə, İsveçdən qolsuzluq
31.05.2016 - 09:02
Fransadan çətin qələbə, İsveçdən qolsuzluq

Milli komandaların iştirakı ilə yoxlama oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, AÇ-2016-nın final mərhələsinə hazırlaşan yığmalar növbəti matçlarına çıxıblar.

 

İsveç və Sloveniya millilərinin oyununda qalib müəyyənləşməyib. Bu görüşdə azarkeşlər qol da görməyib.

 

AÇ-nin meydan sahibi Fransa isə Kamerunu çətinliklə məğlub edib – 3:2. Avropalıların qollarına Bleys Matuidi, Olivye Jiru və Dimitri Paye vurublar. İki dəfə hesabı bərabərləşdirən, lakin son dəqiqədə buraxılan qolla uduzan kamerunluların heyətində isə Vinsent Abubakarla Erik Maksim Çoupo-Motinq fərqləniblər.