Fransız oyunçu “fərqləndi”, ən yaxşı seçildi
05.05.2017 - 01:46
Fransız oyunçu “fərqləndi”, ən yaxşı seçildi

Avropa Liqasının yarımfinal mərhələsinin ilk oyununda “Mançester Yunayted” “Selta” ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, matçın taleyini tək qol həll edib.

 

Markus Reşfordun vurduğu qolla qələbə qazanan “qırmızı şeytanlar”ın heyətində görüşün ən yaxşı oyunçusu Pol Poqba seçilib.

 

UEFA-nın rəsmi saytından verilən açıqlamada fransız oyunçunun ən yaxşı olduğu bildirlib.

 

Qeyd edək ki, Poqba 85 dəqiqə meydanda olub və sarı vərəqə ilə cəzalanıb.