[b]Futbolçunun formasını bıçaqla kəsdi - VİDEO[/b]
19.11.2016 - 14:31
[b]Futbolçunun formasını bıçaqla kəsdi - VİDEO[/b]

Kolumbiyada qeyri-adi hadisə baş verib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kolumbiya Kubokunun final qarşılaşmasından sonra azarkeşlərdən biri bıçaqla futbolçunun formasını kəsib.

 

Finalda “Junior Barrankilla” üzərində qələbə qazanan “Atletiko Nasional”ın futbolçuları bunun sevincini yaşadıqları bir vaxtda tribunadan bir qadın azarkeş meydana daxil olub. O, qarışıqlıq zamanı əlindəki bıçağı “Atletiko Nasional”ın oyunçusu Borxaya tərəf uzadıb və onun formasını kəsib. Lakin oyunçuya hər hansı bir xətər yetirməyib.

 

Qeyd edək ki, “Atletiko Nasional” matçda 1:0 hesablı qələbə qazanıb.