Hari Nevillin “Valensiya”dan ayrılacağı tarix müəyyənləşdi
22.03.2016 - 13:00
Hari Nevillin “Valensiya”dan ayrılacağı tarix müəyyənləşdi

“Valensiya”nın baş məşqçisi Hari Nevillin komandadan ayrılacağı tarix müəyyənləşib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, ingiltərəli mütəxəssis mövsümün sonunda postunu tərk edəcək.

 

Dekabrda “Valensiya”nın baş məşqçisi təyin edilən Nevillin müqaviləsi oyunun sonuna qədərdi. Onun gəlişindən sonra daha da uğursuz nəticələr göstərən “yarasalar” 30 turdan sonra turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıblar. Komandanın La Liqadan Avrokuboka vəsiqə qazanmayacağı, demək olar ki, dəqiqdi.

 

Onunla yeni saziş bağlamayacaq rəhbərlik yeni baş məşqçi axtarışına da başlayıb. Ən real namizəd isə yayda “Mançester Siti”dən ayrılacaq Manuel Pelleqrinidi.

 

Qeyd edək ki, Pelleqrini “Zenit”in də maraq dairəsindədi.