Həmyerlimiz bu dəfə də “skamya”da qaldı
20.03.2016 - 00:30
Sloveniya çempionatında 26-cı tura start verilib. Apasport.az saytının məlumatına görə, Samir Məsimovun şərəfini qoruduğu "Domjale" səfərdə "Çelye" ilə qarşılaşıb.
Məsimovun ehtiyat oyunçular skamyasından izlədiyi oyun "Domjale"nin 2:1 hesablı qələbəsiylə nəticələnib. Samir komandasının qış fasiləsindən sonra ölkə çempionatında keçirdiyi 4 oyundan 3-də iştirak etməyib.
Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 45-ə çatdıran "Domjale" 3-cü pillədə möhkəmlənib.
0
0