Hollandiyalı məşqçi 68 yaşında köməkçi oldu
15.05.2016 - 15:37
Hollandiyalı məşqçi 68 yaşında köməkçi oldu

Hollandiyalı mütəxəssis Dik Advokaat Hollandiya milli komandasında baş məşçqinin köməkçisi olacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Niderland Kral Futbol Federasiyası xəbər yayıb.

 

Qeyd edək ki, daha əvvəl Rusiya milli komandasında və “Zenit” klubunda çalışıb. O, bu vəzifəyə millinin baş məşqçisi Danni Blindin xahişi ilə gətirilib.

 

“Mən Dikdən xahiş etdim ki, mənə kömək etsin. Şadam ki, o, buna razılaşdı.  Bizim irəlidə hələ çətin oyunlarmız var, milli komandada birlikdə çox uğurlara imza atacağıq” – deyə Blind bildirib.

 

Qeyd edək ki, 68 yaşlı Advokaat daha əvvəl iki dəfə (1992-1994 və 2002-2004-cü illər) milli komandanın əsas çalışdırıcısı olub.