[b]I divizionda limit müəyyənləşdi[/b]
06.09.2016 - 16:33
[b]I divizionda limit müəyyənləşdi[/b]

Bu gün AFFA-nın inzibati binasında AFFA, PFL və Məşqçilər Komitəsinin birgə iclası keçirilib. Apasport.az saytının məlumatına görə, aparılmış müzakirələrdən sonra I divizionda 2016-2017-ci il mövsümü üçün limit müəyyənləşib.

 

Qarşıdakı mövsümdə hər komanda meydanda təvəllüdü 1994-cü il və sonra olan  5 yerli futbolçu, yaş məhdudiyyəti olmadan 4 yerli oyunçu və 2 legionerdən təşkil olunacaq.

 

Bundan başqa, birinci divizion klublarına yerli qapıçıların xidmətindən yararlanmaq tövsiyə olunub.

 

Qeyd edək ki, AFFA-nın İcraiyyə Komitəsinin 29 avqust 2016-cı il tarixli iclasında I divizionda yaş və legioner limitinin müəyyənləşdirilməsi AFFA, Peşəkar Futbol Liqası və Məşqçilər Komitəsinə həvalə olunmuşdu.