PSJ-nin hücumçusu Zlatan İbrahimoviç karyerasını Türkiyədə davam etdirə bilər. Apasport.az-ın Fransanın yüksək tirajlı “L’Equipe” qəzetinə istinadən məlumatına görə, isveçli forvard “Qalatasaray”la danışıq aparır.
Son vaxtlar PSJ rəhbərliyi ilə yola getməyən İbrahimoviç bu ərəfədə “Qalatasaray”dan gələn təklifi müsbət qarşılayıb. Paris təmsilçisi yeni müqavilə təklifini qəbul etmək istəməyən oyunçunun yerinə artıq axtarışlara başlayıb. Zlatanın anlaşması gələn ilin yayına qədər olsa da, fransızlar onu bu yay satıb müəyyən gəlir əldə etmək istəyirlər.
Gələn ay yenidən “Qalatasaray”ın prezidenti seçilməsi gözlənilən Ünal Aysal da azarkeşlərə ilk hədiyyə kimi Zlatan İbrahimoviçi almaqla etmək fikrindədi.