İbrahimoviç haqqında həqiqətin üstü açıldı
14.02.2017 - 19:48
İbrahimoviç haqqında həqiqətin üstü açıldı

Zlatan İbrahimoviçin “Barselona”dan getməsinə səbəb Lionel Messi imiş. Apasport.az saytının məlumatına görə, bu iddia ilə katalonların sabiq direktoru Mark İnql çıxış edib.

 

“İbrahimoviç vəhşidi, maşındı. Ancaq onunla yanaşı “Barsa”da daha bir "maşın" var idi. İki ayını bir qəfəsdə saxlamaq olmaz. Messiyə daha geniş məkan lazım idi. O məkanı isə İbrahimoviç tutmuşdu. Mənə elə gəlir ki, onların arasında anlaşılmazlıq yaşanmışdı” – deyə klubun eks rəsmisi bildirib.

 

Qeyd edək ki, daha əvvəl mətbuatda yayılan məlumatlarda İbranın komandanı katalonların sabiq baş məşqçisi Xosep Qvardiolaya görə tərk etdiyi deyilirdi.