[b]İki tanış, bir yeni rəqib[/b]
11.11.2016 - 13:30
[b]İki tanış, bir yeni rəqib[/b]

17 yaşadək qızlar arasında Avropa çempionatının bu gün keçirilən püşkatması Azərbaycan yığmasını iki tanış rəqiblə üz-üzə qoyub. Apasport.az saytının məlumatına görə, seçmə mərhələnin 3-cü qrupunda çıxış edəcək millimiz Monteneqro ilə ilk dəfə qarşılaşacaq.

 

Qrupdakı digər iki komanda isə əvvəllər də yığmamıza rəqib olub. İslandiya ilə yeganə duel 2008-ci ildə baş tutub. 9 ildən sonra – gələn ilin payızında yenidən üz-üzə gələcək komandaların həmin matçı qolsuz heç-heçə ilə nəticələnib.

 

İspaniya ilə də yalnız bir oyun keçirmişik. 2011-ci ildə keçirilən qarşılaşmada pireneylilər amansız olub. Belə ki, yığmamız 0:7 hesabı ilə uduzub.