Azərbaycan millisi tarixində 2-ci dəfə Türkiyənin Antalya şəhərində meydana çıxacaq. Apasport.az saytının məlumatına görə, bu gün Qazaxıstan yığması ilə üz-üzə gələcək komandamız bunadək yalnız 1 dəfə eyni məkanda qüvvəsini sınayıb.
Klublarla qeyri-rəsmi yoxlama matçları nəzərə alınmamaq şərtilə baş tutan yeganə qarşılaşma 8 il əvvələ təsadüf edib. Maraqlıdı ki, 2008-ci il fevralın 3-də keçirilən görüşdə də rəqib Qazaxıstan olub.
2946 gün əvvələ təsadüf edən matç DÇ-2010-un seçmə mərhələsinə hazırlıq xarakteri daşıyırdı. Həmin vaxt yığmamızı makedoniyalı Qyoko Hacıyevski çalışdırırdı. Antalyadakı 8 il əvvəlki qarşılaşmada qapılara qol vurulmamışdı.