Topaz Premyer Liqasının XXIII turunun bu gün keçiriləcək “İnter” – “Qarabağ” qarşılaşmasını Ömər Paşayev idarə edəcək. Apasport.az saytının məlumatına görə, bu matç onun cari mövsümdə idarə etdiyi 14-cü çempionat oyunu olacaq.
Onun baş hakimi olduğu qarşılaşmalarda meydan sahibləri 4 qələbə qazanıb, eyni sayda heç-heçə edib və 5 dəfə uduzub. Ardıcıl 7-ci turda meydana çıxacaq referi son 3 görüşdə də qonaqların 3 xal qazanmasına şahid olub. Paşayevin qeydə aldığı 23 qoldan 11-i meydan sahiblərinin, 12-si səfərdə çıxış edən tərəfin hesabındadı.
O, qonaqları 2 penalti, 1 qırmızı və 26 sarı vərəqə ilə cəzalandırıb. Əks tərəf isə 23 sarı və 3 qırmızıya üzülüb.
“İnter”in matçında 2-ci dəfə təyinat alan hakim 8-ci turun “Sumqayıt”la səfər matçında 1:1 hesabına şahid olub. Paşayev həmin qarşılaşmada meydan sumqayıtlılara 1, bakılılara 2 xəbərdarlıq edib. Bu, hakimin cari mövsüm “İnter Arena”da ilk görüşü olacaq.
“Qarabağ”la yolları 4 dəfə kəsişən referi ağdamlıların 2 qələbəsini, 1 heç-heçəsini və 1 məğlubiyyətini izləyib. Bu görüşlərdə Qurban Qurbanovun yetirmələri 5 qol vurub, 4-nü buraxıb. Həmin matçlarda əyalət klubuna 7, rəqiblərinə 10 vərəqə göstərən Paşayev “Qarabağ”ı 1 dəfə azlıqda qoysa da, bir penalti qərarı ilə onların lehinə addım atıb.