İlk oyun, ilk qol
05.08.2016 - 18:36
Azərbaycan çempionatında 2016-17 mövsümünə rəsmən start verilib. Apasport.az saytının məlumatına görə, açılışı AZAL və “Neftçi” klublarının əvəzedici heyətləri edib.
Belə ki, əvəzedici komandalar arasında çempionatın ilk turunun açılış matçında “Neftçi” AZAL-ın qonağı olub. Qonaqların futbolçusu Bahadur Həziyev 10-cu dəqiqədə hesabı açmaqla, 2016-17 mövsümünün də ilk qolunu vurub. Görüş isə “Neftçi”nin 2:1 hesablı qələbəsi ilə nəticələnib.
AZAL – “Neftçi” – 1:2
Qollar: Mahsun Qənbərli, 54 - Bahadur Həziyev, 10; Kamran Mirzəliyev, 56
0
0