İlk oyunda qələbə
12.01.2017 - 18:44
İlk oyunda qələbə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Şəmkir” ilk yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi bu gün Türkiyə çempionatının aşağı liqasında çıxış edən "Kuşadası" ilə görüşüb.

 

Matçı azərbaycanlı hakimlər idarə edib. Kərim Kərimov, Mübariz Haşımov və Yaşar Abbasovun briqadası təmsilçimizin 1:0 hesablı qələbəsini qeydə alıb.

 

Oyun qərblilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu görüşün 78-ci dəqiqəsində Etibar Süleymanov vurub.