İnfantinodan inqilabi təklif
02.07.2016 - 22:37
FİFA prezidenri Canni İnfantino maraqlı təkliflə çıxış edib. Apasport.az saytının məlumatına görə, ali futbol qurumunun rəhbəri Almaniyanın “Bild” nəşrinə müsahibəsində bundan sonra dünya çempionatlarında qadın hakimlərin də oyun idarə edə bilmə ehtimalından danışıb.
“Mənim qarşıdakı dünya çempionatı ilə bağlı maraqlı təklifim var. Qadın hakimlər mundiallarda çıxış etsinlər. Artıq bununla bağlı işlər görülür. Görək bu layihə alınacaqmı?” – deyə o, bildirib.
Qeyd edək ki, İnfantinonun təklifi qəbul edilsə, dünya çempionatları tarixində ilk dəfə qadınlar oyun idarə edəcəklər.
0
0