İnfantinonun postuna yunan namizəd
29.02.2016 - 18:23
İnfantinonun postuna yunan namizəd

UEFA martın 4-də yeni baş katibin adını açıqlayacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hazırda bu vəzifəyə bir namizəd var.

 

Qitə futbol qurumunun keçmiş baş katibi Cianni İnfantino FİFA prezidenti seçildiyindən, onu kimin əvəzləyəcəyi bəlli deyil. Ən real namizəd isə yunanıstanlı Teodor Teodoridisdi.

 

Qeyd edək ki, Teodor Teodoridis 2008-ci ildən bəri UEFA-da baş katibin təşkilati işlər üzrə müavini vəzifəsini daşıyır.