İngilislərin gözü türk oyunçuda
08.02.2017 - 23:04
İngilislərin gözü türk oyunçuda

“Frayburq”un türkiyəli müdafiəçisi Çağlar Söyüncü cari mövsümdə sərgilədiyi oyunla diqqət mərkəzinə düşüb. Apasport.az saytınınməlumatına görə, 20 yaşlı futbolçu İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Siti”nin diqqət mərkəzinə düşüb.

 

Britaniyanın “The Sun” nəşrinin yaydığı məlumata görə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola gənc futbolçunun xidmətində maraqlıdı.

 

Söyüncü Türkiyənin “Altınordu” klubunun yetirməsidi. Ötən il 2,5 milyon avro qarşılığında “Frayburq”a transfer olunan müdafiəçi, cari mövsümdə 11-i əsas heyətdə olmaqla, cəmi 16 oyunda şans qazanıb.

 

Almanlar 1,87 m boya malik futbolçunun transfer dəyərini 15 milyon avro olaraq göstərib. “Altınordu” və “Frayburq” arasında razılığa əsasən, Söyüncünün transferindən əldə ediləcək gəlirin 30 faizi Türkiyə klubuna çatacaq.

 

Çağlar iki oyunda Türkiyə millisinin də şərəfini qoruyub.