İngiltərədə finalçılar bəlli oldu
24.04.2016 - 22:18
İngiltərədə finalçılar bəlli oldu

İngiltərə FA kubokunda finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ikinci oyununda "Kristal Pelas" və "Uotford" üz-üzə gəlib.

 

Birincilər 2:1 hesabıyla qalib gələrək finala vəsiqə qazanıb.

 

"Qartallar" finalda "Mançester Yunayted"lə qarşılaşacaq.

 

"Qırmızı şeytanlar" bir gün öncə keçirilmiş ilk yarımfinal oyununda "Everton"u üstələyərək (2:1) bu haqqı qazanıb.

 

Final oyunu mayın 21-də, "Uembli" stadionunda baş tutacaq.