İqor Akinfeyevdən yeni “rekord”
10.11.2016 - 22:02
İqor Akinfeyevdən yeni “rekord”

Rusiya millisinin qapıçısı İqor Akinfeyev yeni “rekord”a imza atıb. Apasport.az saytının məlumatına görə, MOİK-in “çərçivə qoruyucusu” millidə ən çox qol buraxan qapıçı olub.

 

Yoldaşlıq oyununda Qatarla qarşılaşan Şimal qonşularımızın bu matçda buraxdığı qol Akinfeyev üçün 71-ci olub. O, bu nəticəyə 93 görüşdə “nail olub”.

 

İqora qədər isə SSRİ millisinin keçmiş qapıçıları Renat Dasayev (91 oyun) və Lev Yaşin (74 oyun) yığmada 70 qol buraxmışdı.

 

Qeyd edək ki, 30 yaşlı qapıçı Çempionlar Liqasında ardıcıl 40 oyunda qapısında qol görərək daha bir “rekord”a imza atıb.