İsko hər kəsi qabaqladı
04.05.2017 - 23:02
Madrid “Real”ının heyətində ayın ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun nəticəsində aprelin ən yaxşısı İsko seçilib.
Qeyd edək ki, geridə qalan ayda İsko 7 oyunda meydana çıxıb və 4 qol vurub. Yarımmüdafiəçi 1 dəfə də məhsuldar ötürməyə imza atıb.
0
0