“Sevilya”nın və Polşa millisinin üzvü Qjeqoj Krixovyak növbəti mövsümdən Fransa Liqa 1-də çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniyanın "Marka" nəşri xəbər yayıb.
PSJ 26 yaşlı futbolçunun keçidiylə bağlı "Sevilya"nın rəhbərliyilə razılığa gəlib. İspan həmkarlarımızın yazdığına görə, Paris klubu Krixovyakın transferi üçün Əndəlüs təmsilçisinə 26 milyon avro ödəyəcək.
"Sevilya"nın yeni baş məşqçisi Xorxe Sampaolinin də bu keçidin əleyhinə olmadığı bildirilib.
Qeyd edək ki, Krixovyak "Sevilya"ya 2014-cü ildə "Reyms"dən 5 milyon avro qarşılığında transfer edilmişdi.
- See more at: http://komanda.az/xeber/21723/#sthash.jOYP2axM.dpuf