İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşdi
06.09.2016 - 16:37
İtaliya klubunun yeni baş məşqçisi müəyyənləşdi

İtaliyanın “Palermo” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Davide Ballardininin gedişindən sonra boş qalan posta Roberto de Tserbi gətirilib.

 

37 yaşlı çalışdırıcı ilə 2 illik müqavilə imzalanıb. “Napoli”nin sabiq futbolçusu yeni iş yerində mövsümə 500 min avro məvacib alacaq.

 

Qeyd edək ki, “Palermo” A seriyasının cari mövsümündə ilk 2 turdan sonra cəmi 1 xal toplayıb. Ballardini məhz bu səbəbdən istefaya göndərilmişdi.