İtaliya millisinə qadağalar qoyuldu
22.05.2016 - 18:28
Fransada keçiriləcək Avropa çempionatında iştirak edəcək İtaliya millisinin baş məşqçisi Antonio Konte futbolçularına bəzi qadağalar tətbiq edib. Apasport.az saytının “Football İtalia”ya istinadən məlumatına görə, bu qadağalar əsasən ərzaq və qida rasionu ilə əlaqədardı.
Belə ki, gənc çalışdırıcı yetirmələrinə pizza, spagetti, qrissin (xüsusi növ İtaliya çörəyi), yerkökü, dondurma, çips, kruasan və bütün növ şirniyyatları yeməyi qadağan edib.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis “Yuventus”da işlədiyi vaxtlarda da oyunçularının dietalarına xüsusi diqqət edirdi.
0
0