İtaliya millisinin üzvünə silahlı hücum
28.02.2016 - 16:27
İtaliya millisinin üzvünə silahlı hücum

“Napoli”nin üzvü Lorenzo İnsinye silahlı hücuma məruz qalıb. Apasport.az saytının “Footbal İtalia”ya istinadən məlumatına görə, futbolçu bir neçə şəxs tərəfindən qarət olunub.

 

Həyat yoldaşı və dostları ilə bir məkanda əylənən hücumçunu tanıyan soyğunçular onu silahla hədələyərək, pulunu və qiymətli əşyalarını oğurlayıblar.

 

Qeyd edək ki, İtaliya milli komandasının da formasını geyinən 24 yaşlı futbolçu insidentdən xəsarət almadan xilas ola bilib.