İtaliya yığmasını çalışdırmaqdan imtina etdi
19.03.2016 - 11:26
İtaliya yığmasını çalışdırmaqdan imtina etdi

“Roma”nın baş məşqçisi Luçano Spalletti İtaliya yığmasını çalışdırmaq istəmir. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, adı “Skuadra Adzurra” ilə birgə hallanan təcrübəli çalışdırıcı paytaxt klubundakı işindən məmnundu.

 

Spalletti milli komandada çalışmağı xoşlamadığını bildirib: “Mənə yığmada yox, klubda işləmək xoşdu. İnsanların qərarıma şübhə ilə yanaşmalarını istəmirəm. “Roma”da qalmağa qərar vermişəm”.

 

Qeyd edək ki, İtaliya yığmasının hazırkı baş məşqçisi Antonio Konte Avro-2016-nın final mərhələsindən sonra postunu tərk edəcək.