İtaliya yığmasının çalışdırıcısı Antonio Kontenin alternativi açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Klaudio Ranyeri “Skuadra Adzurra”nın “sükanı arxası”na keçə bilər.
Konte AVRO-2016-dan sonra “Çelsi”ni çalışdıracağından, İtaliya Futbol Federasiyası vaxt itirmədən baş məşqçi axtarışına başlayıb. Bu posta ilk namizəd isə “Lester”lə parlaq mövsüm keçirən Klaudio Ranyeridi.
Ranyeri ilə “İnter”in baş məşqçisi Roberto Mançini arasında seçim edən federasiya birincinin daha təcrübəli olduğunu nəzərə alaraq, ilk olaraq ona təklif göndərmək qərarına gəlib. Üstəlik, 65 yaşlı mütəxəssisin milli təcrübəsi də var. Belə ki, o, 2014-cü ildə Yunanıstan yığmasını çalışdırıb.