“Udineze”nin hücumçusu Antonio Di Natale karyerasını ABŞ-da davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, hücumçu “Mayami” klubundan təklif alıb.
Bu komandanın baş məşqçisi Alessandro Nestadı.
Nesta həmyerlisini “Mayami”yə keçmək üçün dilə tutur. Artıq futbolçu ilə Nesta arasında görüş də olub. “Mayami” Di Nataleyə bir illik müqavilə təklif edir.
Bir müddət əvvəl hücumçunun agenti Antonionun “Udineze”ni tərk edəcəyini və ABŞ-da oynaya biləcəyini demişdi.
İtaliya yığmasının keçmiş müdafiəçisi Nesta “Mayami”yə 2015-ci ilin avqustundan rəhbərlik edir.
“Mayami” NASL liqasında mübarizə aparır.